Allah böyükdür

Allahın elminin, ağlının və gücünün dəlilləri sonsuzdur. Kainatdakı sonsuz yaradılış dəlilləri bir-biri ilə uyğunluq təşkil edərək möhtəşəm nizam əmələ gətirir. Bu elə bir nizamdır ki, hər şey bütün təfərrüatları ilə birlikdə qüsursuz yaradılmışdır.

Məsələn, nəfəs almaq bədənimizin vacib funksiyalarından biridir. Lakin bunun üçün ən kiçik cəhd göstərməyimizə belə ehtiyac yoxdur. Həm xarici aləmdə, həm də bədənimizdə lazım olan hər şey Allah tərəfindən nizamlanmışdır. İnsan doğulduğu andan ölənə qədər fasiləsiz nəfəs alır. Bəs bu funksiyanın reallaşması üçün hansı ünsürlər lazımdır?

Hər şeydən əvvəl insanın nəfəs alması üçün atmosferdəki azot, oksigen və karbon 4-oksid nisbəti çox yaxşı tənzimlənməlidir. Bu nisbətdə kiçik dəyişikliklər belə ölümcül təhlükələr yarada bilər. Allah bu nisbətin qorunması üçün saysız səbəblər yaratmışdır. Günəşdən bitkilərə və torpaqdakı mikroorqanizmlərə qədər bir çox amil bu nisbətin qorunmasında iştirak edir. Yağan yağışlar, çaxan şimşəklər, təzyiq səviyyəsi, yerin nüvəsindəki elementlərin nisbəti və saymaqla bitməyəcək qədər bir çox ünsür dolayı və ya birbaşa bu nisbətin qorunması üçün fəaliyyət göstərir. Bunlardan biri, məsələn, gözlə görünməyən mikroorqanizmlər fəaliyyətlərini dayandırsa, azotun və karbon 4-oksidin dövr etməsi kimi bir çox həyati funksiya dərhal pozular. Ancaq ətrafda gördüyümüz nizam və tarazlıqdan rahatlıqla anlayırıq ki, milyardlarla il ərzində nizamsızlıq baş verməmiş, bundan sonra da Allahın dilədiyi vaxtadək baş verməyəcək. Çünki Allah kainatdakı bütün nizam və tarazlığı hər an qoruyub saxlayır. Allah insanların Onun böyüklüyünü qavramaları üçün kainatdakı hər şeyi həssas tarazlıqla yaratmışdır. Quranda Allahın yaratdığı bu nizam "... Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz" (Talaq surəsi, 12) ayəsi ilə ifadə edilir. Ayədən də göründüyü kimi, Allahın ağlı, elmi və qüdrəti sonsuzdur. Allah hər şeydə dilədiyi qədər incə məqamlar yaradır.

Biz yatarkən, oturarkən, gəzərkən Allah kainatda mövcud olan bütün sistemləri bir-bir idarə edir. Yaşamağımız üçün lazım olan proseslərin hər biri Allahın idarəsindədir. Kiçik bir addım ata bilməyimiz belə yerin cazibə qüvvəsi, sümük sistemimiz, sinir və əzələ sistemimiz, beynimiz, ürəyimiz, hətta dünyanın fırlanma sürəti kimi incə hesablardan asılıdır.

Bütün kainatın yaradılmasını təsadüflərlə əlaqələndirmək çox yanlışdır. Əslində, kainatdakı hər nizam təsadüf iddiasının doğru olmadığını göstərir. Məsələn, dünya Günəş ətrafında fırlanarkən elə bir orbit cızır ki, hər 29 km-də düz xəttdən yalnız 2,8 millimetrlik meyillənmə olur. (Bilim ve Teknik Dergisi, iyul 1993) Əgər bu meyillənmə 0,3 mm az və ya 0,3 mm çox olsa, yer üzündəki canlılar donaraq və ya qovrularaq ölərdilər. Hətta kiçik maddənin bir millimetr belə kənara çıxmadan eyni orbitdə dönə bilməsi, demək olar ki qeyri-mümkündür, lakin nəhəng kütləsi ilə dünya belə bir fırlanmanı həyata keçirir."...Allah hər şey üçün bir ölçü qoymuşdır" (Talaq surəsi, 3) ayəsində bildirildiyi kimi, ətrafda gördüyümüz möhtəşəm nizam Allahın milyardlarla böyüklükdəki sistemləri millimetr hesabı ilə qoruması nəticəsində mümkün olur.

İnsanların əksəriyyəti Allahın varlığına inansalar da, Onun hər şeyi yaratdığını, lakin bu nizamın sonradan öz-özünə davam etdiyini düşünürlər. Halbukihər an kainatın hər yerində bütün hadisələr Allahın izni ilə yaranır və Onun elmi və iradəsi daxilində reallaşır. Quranda bildirildiyi kimi:

Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır. (Həcc surəsi, 70)

Siz sakit şəraitdə bu saytı oxuyarkən, xəbəriniz belə olmadan kainatın hər yerində saysız-hesabsız proseslər reallaşır. Bunlardan bir neçəsini sadalayaq; hər saniyə 16 milyon ton su yerə enir və yerdən eyni miqdarda su buxarlanaraq havaya qarışır. Buxarlanma yalnız dəniz və okeanlardan deyil, göllərdən, axar sulardan, torpaq səthindəki sulardan, bitkilərdən, hətta yerin dərinliklərindən də asanlıqla təmin olunur. Siz bu abzası oxuyarkən ən az 2-3 saniyə keçdi, eyni anda Allahın izni ilə 16x3=48 milyon ton su yerə düşdü və eyni anda da bu qədər su buxarlanaraq yenidən havaya qarışdı.

Hər saniyə dünyada təxminən 100 şimşək çaxır. (Taşkın Tuna, Uzayın Ötesi, Boğaziçin yayınları: 1995, SƏH.91) Son bir saatda dünyanın müxtəlif yerlərində 36.000 şimşək çaxdı. Hər şimşək çaxanda isə trilyonlarla ton N2O molekulu yaranaraq atmosferdəki 78% azot nisbətini qoruyur. Torpaq ucu-bucağı olmayan fabrik kimi trilyonlarla bakteriya ilə birlikdə azotun fasiləsiz dövr etməsində mühüm rol oynayır.

Siz bu an bu cümləni oxuyarkən günəş 564 milyon ton hidrogeni 560 milyon ton heliuma çevirdi, qalan 4 milyon ton hidrogeni isə enerjiyə çevirdi. (Yalçın İnan, Kosmosdan Kvanta 2, Emek Ofset Ltd. Şti. Ankara: 1996, səh.85) Bunun nəticəsində milyonlarla atom bombasının partlaması ilə yaranan enerjiyə bərabər işıq və radiasiya meydana gəldi. Bizə istilik və işıq verən günəş, əslində, qıpqırmızı qaz buludlarından ibarət dərin bir quyudur. Günəş qaynayan səthindən milyonlarla kilometr kənara fışqıran nəhəng alov topaları, həmçinin dibdən səthə doğru yüksələn nəhəng fırtınalardan təşkil olunur. Günəş bir saniyədə sivilizasiyaların başlanğıcından bəri istifadə ediləndən daha çox enerji istehsal edir. Biz isə bu enerjinin 2 milyardda birini istifadə edirik. Saniyələr, saatlar keçir, günəş fasiləsizenerji istehsal edir. Günəşin bütün zərərli, öldürücü şüaları bizə çatmazdan əvvəl atmosfer və dünyanın maqnit sahəsi tərəfindən udulur. Günəş həyatımız üçün xüsusi yaradılmışişıq qaynağıdır. Allah Quranda bunun hikmətini belə açıqlayır:

(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 32-34)

Yuxarıda izah edilənlər Allahıngünəşdə yaratdığı hadisələrdən bir neçəsidir. Daha uzaqda olan, sadəcə gecə vaxtı səmaya baxdıqda gördüyümüz ulduzların bir çoxu günəşdən qat-qat böyükdür. Biz gecə səmada yalnız estetik görüntü görürük və sakitlik hiss edirik. Halbuki bir çoxunda meydana gələn enerji günəşdəki ilə müqayisə edilə bilməyəcək qədər yüksəkdir.

Siz bu an heç bir titrəyiş hiss etmirsiniz. Evinizdə, otağınızda, yatağınızda, heç yerdə titrəyiş yoxdur. Amma dünyamız kosmosda nəhəng kütləsi ilə saniyədə 30 km sürətlə fırlanır. Bu an 30 km yol getdi, artıq 60, artıq 90 km... Allahın yaradıb qurduğu sistem elə mükəmməldir ki, siz hələ də bu böyük sürəti hiss etmədən yaşamağa davam edirsiniz.

Dünyanın günəş ətrafındakı sürəti silahdan çıxan bir güllənin sürətinin təxminən 60 mislidir, yəni saatda 108.000 km... Belə yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsindən istifadə etsə idik, dünya ekvatorunu 22 dəqiqədə gəzərdik. Dünyamız günəş ətrafında həmin sürətlə dönərkən eyni vaxtda günəşlə birlikdə saniyədə 20 km sürətlə isəVeqa ulduzuna doğru hərəkət edir. Qalaktikamız isə yer, günəş, planetlər, kometalarla tam dövri hərəkətini tamamlamağa çalışır. Bu hərəkəti isə 200 milyon ildə tamamlaya bilir. Hər şey kimi göy cisimləri də Allaha boyun əymişlər və hər hərəkətləriAllahın nəzarəti altındadır.Quranda belə bildirilmişdir:

...Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. (Bəqərə surəsi, 116)

Dünyamızın həyata keçirdiyi bu səyahətdən bizim xəbərimiz belə olmur. Bu haqda ancaq oxuduğumuz kitablardan öyrənirik. Bu səyahət həyatımıza mənfi təsir etmir. Sürətlə fırlanan Yerin səthində, əslində, heç bir canlı sağ qalmamalıdır, ancaq Allahın yaratdığı cazibə qüvvəsi və bir çox nizam sayəsində Yerdəki canlılar bu hərəkəti hiss etmirlər və hər şey kimi bu səyahətin də hər saniyəsi Allahın izni ilə reallaşır.

Hazırda 8 milyard insanın ürəyi, beyni, mədəsi, mədəaltı vəzisi, qaraciyəri, ağciyəri, sinir, tənəffüs və müdafiə sistemləri Allahın izni ilə fəaliyyət göstərir.

Torpağın altında və üstündə yaşayan bütün canlılar bu an Allahın izni ilə öz ruzilərini axtarır və hamısının ruzilərini Allah verir. Ov ovlamaları, qidalanmaları, sığınacaq tapmaları, təhlükələrdən qorunmaları Allahın iradəsi ilə yaranır. Quranda bu sirr bizə belə xəbər verilir:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)
Dünyadakı 2 milyon heyvan növünün hər biri Allahın izni ilə fəaliyyət göstərir. Kompüterin önündən qalxıb pəncərədən çölə baxsanız, bir çox canlı görə bilərsiniz. Bəlkə də bu günə qədər bu barədə heç düşünməmisiniz, ancaq onların yaradılması da, ölümləri də, siz pəncərədən baxdığınız anda etdikləri də Allahın izni ilə baş verir.

Siz bu yazını oxuyarkən dünyanın müxtəlif bölgələrində küləklər əsir və tonlarla buludları yerindən tərpədir. Bəlkə otağınızdan içəri günəş işığı düşür, amma dünyanın sizin bilmədiyiniz bir hissəsi buzla örtülmüş, başqa bir hissəsində yağışlar yağır. Quranda Allah hər yağışın Öz Qatından müəyyən edilmiş miqdardaendirildiyini bildirir.Qar da Onun Qatında məlumdur, qurudakı buzun qalınlığı da... Həmçinin dünyanın hər yerində cücərən saysız toxumlarda olan məlumatlar da... Həqiqət belədir, çünki;

... Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz.... (Fussilət surəsi, 47)

Yuxarıdakı ayədə də bildirildiyi kimi, bu an dünyanın hər yerində bir çox insan Allahın bilgisi daxilində dünyaya gəlir. Eyni zamanda bir çox ölümlər baş verir. İnsanlar harada doğulacaqlarını, necə yaşayacaqlarını, harada və nə vaxt öləcəklərini bilmirlər. Amma bu məlumatların hamısı Allah Qatında dəqiq müəyyən olunub. Bu həqiqətə Quranda belə diqqət çəkilir:

...Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır. (Loğman surəsi, 34)

İndi isə daha yaxına, evinizə gələk. Bu an bədəninizdəki sistemlərin hər birinin fasiləsiz işlədiyini onsuz da bilirsiniz. Bəs otaqda tək olmadığınızı, Allahın sizdən başqa bir çox canlılar da yaratdığını, içində olduğunuz o kiçik məkanda yüz minlərlə prosesinbaş verdiyini bilirsinizmi? Məsələn, dəriniz olduqca intensiv hərəkət edir. Dərinizdəki axarlar bir tərəfdən öz funksiyalarını yerinə yetirərkən bir tərəfdən də dəri üstündə yığılan ölü hüceyrələri təmizləyərək siz fərqində olmadan belə sizi qoruyurlar. Dərinizin üstündə milyonlarla faydalı və zərərli bakteriya arasında fasiləsiz mübarizə gedir. Hər birinin qidalanma sistemlərindən mikroskopik ölçüdəki bədənlərində olan həzm sistemlərinə qədər bildiyiniz və ya bilmədiyiniz bütün fəaliyyətləri Allah yaradır.

Tənəffüs etdiyiniz havada milyonlarla mikroorqanizm var. Hər biri öz vəzifələrini Allahın izni ilə yerinə yetirir. Bu gözlə görünməyən aləmin üzvləri meyvə-tərəvəz saxladığınız yerlərdə də olur. Bəzən bir portağalın azca kifləndiyini görürsünüz. Bu hadisə sizin xəbəriniz belə olmadan oradaki bakteriyaların qidasını təmin edir. Fotosintez kimi olduqca kompleks prosesi həyata keçirən çiçəyiniz isə evinizdəki başqa bir canlıdır.

Gördüyünüz və ya görmədiyiniz hər nizam hər an Allahın izni ilə davam edir. Sizi də, etməkdə olduqlarınızı da, canlı-cansız bütün varlıqları da Allah yaradır və idarə edir. Dünyada atmosferdən litosferə, hidrosferden biosferə qədər olan həssaslıq və tarazlıq, günəş sistemində olan planetlərin hər an getdiyi yol, həmin planetlərdə meydana gələn bütün hadisələr Allahın idarəsi altındadır. Allah sonsuz elmi, gücü və qüdrəti ilə hər şeyi yaradır, nizamlayır, qoruyur vəfəaliyyətlərini davam etdirmələrinə icazə verir.

Məşhur filosof Jan Qiton (Jean Guıtton) bu mövzunu belə açıqlayır:
"Kainat nizamlı bir maddənin, daha sonra həyatın, ən sonda isə şüurun yaranmasını təmin etmək üçün dəqiq nizamlanmışdır. Universal sabitlər, məsələn, cazibə qüvvəsi, işıq sürəti və ya Plank sabiti – başlanğıcda ən kiçik dərəcədə dəyişsə idi, kainatın canlıları saxlamaq üçün heç bir şansı olmaz, hətta bəlkə də kainatın özü də ortaya çıxmazdı. Bu heyrətamiz incəlikdəki nizam, təsadüfdürmü, yoxsa üstün bir zəkadanmı yaranmışdır?… Təbiətin əsas sabitləri və həyatın ortaya çıxmasına səbəb olan ilk şərait heyrətamizdəqiqliklə NİZAMLANMIŞDIR." (Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, səh.47-55)