Səbəb-nəticə əlaqəsi
kainatı açıqlamağa kifayət deyil
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz var. Məgər düşünərək ibrət götürməyəcəksiniz? O, göydən yerə qədər olan bütün işləri idarə edir.
(Səcdə surəsi, 4-5)
Bir çox elm adamı canlıların fizika qanunlarından asılı olduğunu, təbiət hadisələrinin izah edilməsi üçün səbəb-nəticə əlaqələrinin labüd olduğunu bildirirlər. Lakin onlar hər dəfə çıxılmaz vəziyyətlə qarşı-qarşıya qalırlar. Məsələn, elm adamlarından biri belə demişdir: "Əlbəttə, bəzi şeylər (elmi faktlar), əslində, bir səbəbəəsaslanır, amma hər şey (səbəbə əsaslanmayan amillər də daxil olmaqla) səbəbsiz də yarana bilər." (T. D. Sullivan, “Comming to be Without a Cause”, Philosophy, səh.176-177.)
Buna belə nümunə verə bilərik: yağış üçün buludlar, buludlar üçün atmosfer təbəqəsi lazımdır. Atmosfer təbəqəsi üçün isə Yerin quruluşu əhəmiyyət daşıyır. Bəs Yerin quruluşunun belə formada olmasının səbəbi nədir? Hər şeyi səbəb-nəticə ilə əlaqələndirənlər çox vaxt bu suallar qarşısında aciz qalırlar.
Elmi səbəb-nəticə ilə əlaqələndirənləri ən çox narahat edən məsələ kainatın başlanğıcı, yəni "Böyük Partlayış"dır (“Big Bang”). Bütün kainatın sıfır həcmdə ikən böyük partlayış nəticəsində yaranması və tək bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəlməsi astrofizika elmi tərəfindən sübut edilmişdir. Quranda bu hadisə belə bildirilir:
"O, göyləri və yeri yoxdan var edəndir..." (Ənam surəsi, 101)
"Maddənin zaman daxilində bir-biri ilə qarşılıqlı təsiri" prinsipinə əsaslanaraq canlılar aləmini və digər varlıqları səbəb-nəticə ilə açıqlamağa çalışırlar. Amma maddənin, enerjinin, hətta zamanın da olmadığı bir an var. Bu anı maddi amillərlə açıqlamaq qeyri-mümkündür.
Yel Universitetinin (ABŞ) təbiət elmləri üzrə professoru Henri Morqenau təbiət qanunlarının təsadüflərlə açıqlana bilməyəcəyini belə bildirmişdir:
"Şübhəsiz ki, təbiət qanunları təsadüfi hadisələr nəticəsində ortaya çıxa bilməz. Bu halda təbiətin saysız-hesabsız qanunları necə yaranıb? Bununla bağlı suallara veriləcək cavab nə olmalıdır? Təbiət qanunlarının universalqəbul edilən tək bir cavabını bilirəm: təbiət qanunlarını Allah yaratmışdır. Allah hər şeyi bilən, hər şeyə gücü çatandır." (Henry Margenau & Roy A. Varghese, Cosmo səh. Bios, Theos, Open Court Publishing Company, Illinois, may 1992)
Oksford Universitetində təbiət elmləri üzrə magistr dərəcəsi almış və 1973-cü ildə tibb sahəsi üzrə Nobel mükafatınalayiq görülmüş nevrofizioloq Con Keryu Ekkls isə həyatın qüsursuz yaradılışın nəticəsi olduğunu belə deyir:
"Əgər hər şeydə bir məqsəd və dizaynın hakim olduğuna inanmasanız, o zaman hər şeyin yalnız təsadüf və zərurətdənibarət olduğunu iddia edərsiniz. Ancaq dünyaya gəlməyinizi açıqlamaq üçün təsadüf və zərurətə əsaslanmaq məntiqsizdir. Bütün həyat və insanlar qüsursuz yaradılış planının tərkib hissələridir." (Henry Margenau & Roy A. Varghese, Cosmo səh. Bios, Theos, Open Court Publishing Company, Illinois, may 1992)
Bəzi insanlar (bəzi elm adamları da buraya daxildir) hər şeyi maddi amillərlə izah etdikləri üçün səbəb-nəticə üzərində bu qədər çox dayanırlar. Bir materialist hər şeyin yaradılması fikrinə əsla inanmır. Materializmə görə, kainat sonsuzdan bəri mövcuddur və sonsuza qədər də mövcud olacaq. Bu sonsuzluqda ən mürəkkəb hadisələr belə təsadüflərin nəticəsi ola bilər. Materializmin də əsasını təşkil edən bu fikir XX əsrdə elm və texnologiya qarşısında məğlub olmuşdur. Elm adından ortaya atılan materialist iddia elə elm tərəfindən də təkzib olunmuşdur.
1978-ci ildə fizika sahəsində Nobel mükafatı alan dr. Arno Penzias materializmin elmi həqiqət deyil, sadəcə inanc olduğunu belə açıqlayır:
Kainatın yaradıldığına işarə edən təcrübi dəlillər və astronomiyanın bu günə qədər əldə etdiyi bütün məlumatlar yaradılışı dəstəkləyir. Maddənin əzəli və əbədi olduğu fikri isə hazırda aksiom olaraq qəbul edilir. Bu aksiom elmi həqiqətləri qəbul etmək istəməyən insanların (bunlarafiziklərinəksəriyyəti də daxildir) yalnızca inanclarına əsaslanır.(Henry Morgenau & Roy Abraham Varghese, Kosmos Bios Teos, Gelenek Yayınları , oktyabr 2002, İstanbul, səh. 101.)
Dr. Penzias kainatın yaranandan bəri bir planla işlədiyini isə belə izah edir:
"Astronomiya bizi bənzərsiz nəticəyə aparır: yox ikən yaradılan, həyat üçün ən uyğun şəraitə, həssas tarazlığa və plana sahib kainat." (Henry Morgenau & Roy Abraham Varghese, Kosmos Bios Teos, Gelenek Yayınları, oktyabr 2002, İstanbul, səh. 105.)
MÖCÜZƏVİ ZİDDİYƏTLƏR
Dəmirə sərtliyi, suya sıxlığı, günəşə istiliyi verən və daha milyardlarla fizika hadisələrini yaradan kimdir? Əlbəttə ki, yeri, göyü və onlar arasındakıları yaradan Allahdır. Kainatda hər şey Allahın müəyyən etdiyi təbiət qanunlarına və səbəb-nəticə əlaqələrinə uyğunyaranır. Ancaq bəzi hadisələr var ki, təbiət qanunlarının əksinə hərəkət edir. Allahın gücü sonsuzdur. O istəsə, bütün təbiət qanunlarını dəyişdirə də bilər. Bu bölmədə möcüzəvi ziddiyyətləri araşdıracağıq.