Allah dilədiyi kimi yaradandır
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)
Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayələrdə də bildirildiyi kimi, O, bir şeyin olmasını istədiyi zaman ona yalnız “Ol” deyər və o şey dərhal olar. Şübhəsiz ki, bu Allahın əzəmətinin və kainatdakı hökmranlığının aşkar təzahürüdür.
İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrindan asılı yaşayırlar. Məsələn, onlar yer üzündə sabit dayanmaq üçün cazibə qüvvəsindən, gəmilərini suda üzdürmək üçün suyun qaldırma qüvvəsindən və daha saysız-hesabsız səbəblərdən asılıdırlar. Halbuki Allah bütün bunlardan münəzzəhdir. Çünki bütün səbəb və nəticələri yaradan Odur. Allah hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri çərçivəsində yaradır və bununla da insanları sınayır, kimin həqiqətən Onaqulluq edəcəyini, kimin də başqa ilahlar qəbul edərək Onu inkar edəcəyini ayırd edir. Şübhəsiz ki, Allah üçün səbəbsiz yaratmaq çox asandır. Allahın insanlara göstərdiyi möcüzələrin bir çoxundan Quranda bəhs edilmişdir. Məsələn hz. İsanın atasız doğulması bunanümunədir:
(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”. (Ali-İmran surəsi, 47)
Ayədən də göründüyü kimi, Allah ‘Ol' dedikdən sonra reallaşmayan heç bir hadisə yoxdur. Allahın bütün kainatın sahibi və bütün insanların hakimi olduğu ayələrdə belə bildirilir:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu. (Ali-İmran surəsi, 59)
Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır. (Ənam surəsi, 73)
Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)
Dirildən də, öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur. (Mömin surəsi, 68)
Allah özünə övlad götürməmişdir. O, ucadır, bir işin olmasına qərar versə, ona: "Ol" deyər, o da dərhal olar.
“Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”.
(Məryəm surəsi, 35-36)
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)