Allahın sonsuz gücü

Allah insanların Onun böyüklüyünü qavramaları üçün kainatdakı hər şeyi həssas tarazlıqla yaratmışdır. Quranda Allahın yaratdığı bu nizam "... Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz" (Talaq surəsi, 12) ayəsi ilə ifadə edilir. Ayədən də göründüyü kimi, Allahın ağlı, elmi və qüdrəti sonsuzdur. Allah hər şeydə dilədiyi qədər incə məqamlar yaradır.

Allahın elmi böyükdür. İnsan üçün "sonsuz" hesab edilən Allahın Qatında bitmiş vəziyyətdədir. Zamanın ilk yaradıldığı andan sonsuzluq anına qədər hər hadisə, hər düşüncə Allahın izni ilə müəyyənləşmiş və bitmişdir. (https://maddeninardindakisirr.com/)Bu həqiqət Quranda belə bildirilir:

Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir. Biz (neçə-neçə) həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı? Onların etdiyi hər şey (əməllərinin yazıldığı) kitablarındadır. Hər bir kiçik və böyük (əməl) yazılmışdır.(Qəmər surəsi, 49-53)

İnsan Allahın elminin böyüklüyünü qavraya bilmək üçün dərin düşünməlivə ciddi səy göstərməlidir. Bəşəriyyət tarixinin başlanğıcından bu günə qədər milyardlarla insan yaşamışdır. Yəni Allah milyardlarla cüt göz, milyardlarla fərqli barmaq izi, milyardlarla fərqli göz toxuması, milyardlarla fərqli insan tipi yaratmışdır və əgər istəsə, onlardan sonsuz sayda yenə yarada bilər. Ayədə də bildirildiyi kimi; "... O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir. " (Fatir surəsi, 1)

Allah insanın bilmədiyi və məhdud ağılla anlamaqda çətinlik çəkəcəyi daha çox şey yaratmağa qadirdir. Dünyada insanlara verilən ucu-bucağı olmayan hər şeyin xəzinələri Allah Qatındadır. Allah bizə yalnız dilədiyi qədərini dilədiyi miqdarda endirmişdir. Bir ayədə belə buyurulur: Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
(Hicr surəsi, 21)

Allah hər şeyin yaradıcısıdır. Belə ki, Quranda "…O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır." (Nəhl surəsi, 8) ayəsi ilə də Allahın bizimhələ bilmədiyimiz çox şey yaradacağına diqqət çəkilmişdir.

Allah bizim görmədiyimiz bir çox aləm və varlıqları yaratmışdır. Digər aləmlərin varlığını daha yaxşı anlamaq üçün belə düşünək: Necə ki, bir şəklə baxdıqda yalnız eni və uzunu olmaqla iki ölçü görürüksə, yaşadığımız dünyaya baxdıqda da eni, uzunluğu və dərinliyi olmaqla üç (zamanı da nəzərə alsaq dörd) ölçü qavraya bilirik. Bundan daha çoxunu qavraya bilmirik. Halbuki Allah Qatında bildiklərimizdən başqa ölçülər də yaradılmışdır. Məsələn, mələklər fərqli ölçülərdən (boyut) birində yaşayan varlıqlardır.

Quranda bildirildiyi kimi, mələklər olduqlarıyerdən bizləri görə və eşidə bilirlər. Hətta hər iki çiynimizdə olan mələklər hər anımıza şahiddirlər. Bütün danışıqlarımızı və əməllərimizi yazırlar. Lakin biz onları görmürük. Allahın Quranda bildirdiyi cinlər də fərqli boyutlaraaid varlıqlardır. Onlar da eynilə, insanlar kimi həyatları boyunca sınanırlar. Onların da insanlar kimi məsul olduqları kitab Qurandır. Lakin onlar bir çox xüsusiyyətləri ilə insanlardan fərqlənirlər. İnsanlardan fərqli olaraq səbəb-nəticə əlaqələrindən asılı deyildirlər.

Bunlar Allahın yaratmasındakı bənzərsizliyinin qavranılması üçün vacib olan həqiqətlərdir. Allah sonsuz sayda kainat, varlıq və məkan yaratmağa gücü çatandır. Hətta hər şeyi bir-birindən daha çox fərqli xüsusiyyətlərlə də yarada bilər. Necə ki, Allah axirətdə cənnət və cəhənnəmi yaradacaqdır. Cənnət və cəhənnəm bizim dünya həyatımızdan çoxfərqliyaradılışda olacaq. Məsələn, dünyada daim məhv olmaq, yaşlanmaq, çürümək, köhnəlmək və bitib-tükənməkanlayışları var. Halbuki cənnətdə sonsuza qədər heç bir şey məhv olmayacaq. Allahın Quranda bildirdiyi “dadı dəyişməyən süddən irmaqlar" cənnətin diqqət çəkən nümunələrdən biridir.

Allah Quranda cənnətdə hamının eyni yaşda olacağını bildirmişdir. Cənnətdə insanlar sonsuza qədər ən gözəl tərzdə, bir-birləri ilə eyni yaşda qalacaqlar. Allah həmçinin Quranda tükənməyən qaynaqlardan içkilər olduğunu bildirir. Cəhənnəmdəki yaradılış isə tamamilə fərqlidir. Allah cəhənnəmdə bənzərsiz əzab növləri yaradacaq. Heç bir insan yaşayıb görmədən oradakı əzabın necə olacağını bilmir.

Allah dünyadakı hər şeyə müəyyən sərhəd qoymuşdur. Hər işin bir sonu var. Buna görə də "sonsuzluq" anlayışını və Allahın sonsuz qüdrətini anlamaq üçün üzərində düşünmək və bəzi ölçülərlə müqayisə etmək lazımdır. Biz yalnız Allahın izin verdiyi qədər məlumata sahib oluruq. Allah Qatındakı məlumat isə sonsuzdur. Məsələn, Allah dünyada insan üçün yeddi əsas rəng yaratmışdır. Biz səkkizinci rəngi zehnimizdə canlandıra bilmərik. (Bu, anadan gəlmə kor olan birinə qırmızı rəngi təsvir etməyə bənzəyir. Necə izah ediriksə edək, yenə də tam ifadə edə bilmərik).Halbuki Allah bir çox əsas rəng yarada bilər, amma biz Allahın bizə göstərdiklərindən başqa heç bir şey qavraya bilmərik. (Harun Yəhya, “Allah ağılla bilinər”)

Unutmamaq lazımdır ki, izah edilənlərin hamısı Allahın diləməsi ilə istənilən an reallaşa bilər. Allah elminin sonsuzluğunu Quranda belə bir nümunə ilə açıqlayır:

Əgər yer üzündəki bütün ağaclar qələm olsa idi, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsa idi, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.(Loğman surəsi, 27)

Biz nə qədər çalışsaq da, Allahın elmini qavramağa gücümüz yetməz, çünki Onun elmi sonsuzdur. Biz ancaq Onun bizə izin verdiyi qədərini qavraya bilirik:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.
(Bəqərə surəsi, 255)