Alov burulğanları

Alov burulğanları bir neçə metr yüksəkliyə çatan alovlardan yaranır və bir neçə dəqiqə davam edir.
Çox nadir hallarda rast gəlmək olur.Elm adamlarının sözlərinə görə, alov burulğanları isti hava axınları nəticəsində əmələ gəlir. Lakin bunun səbəbləri tam olaraq bilinmir.

Fasiləsiz fırtına

Digər adı ilə “Catatumbo şimşəkləri” dünyada heç bir bənzəri olmayantəbiət hadisəsidir. Catatumbo çayı ilə Marakaybo gölünün birləşdiyi yerdə buludların toqquşması nəticəsində şimşək fırtınası meydana gəlir. 5 kilometr yüksəkdə yaranan yüksək gərginlik səbəbindənildə 140-160 gecə boyunca, hər gecə 10 saat müddətində şimşəklər çaxır. Şimşəklər bəzən saatda 280 dəfə təkrarlanır. Həmin bölgədə gücü 400 min amper olmaqla ildə orta hesabla 1 milyon 176 min elektrik boşalması meydana gəlir. Bu bölgədünyada ozon yaradan tək bölgədir. İnanılmaz “şimşək fırtınası” isə 400 kilometr uzaq məsafədən görünür. Hətta gəmilər istiqamətlərini müəyyən etmək üçün şimşəklərdən istifadə edirlər.