Atom nüvəsindəki möhtəşəm xüsusiyyətlər
Normal şəraitdə atomdakı protonlar bir-birlərini itələməli və mümkün qədər bir-birlərindən uzaqlaşmalıdırlar. Çünki protonlar müsbət yüklüdürlər və bilindiyi kimi, eyni yüklər bir-birlərini daim itələyir. Ancaq kainatdakı nüvə qüvvəsi sayəsində protonlar neytronlarla birlikdə nüvədə bir-birlərinə birləşmiş halda olurlar. (www.harunyahya.az)
Nüvə qüvvəsi atom nüvəsindəki proton və neytronların səpələnmədən bir yerdə olmalarını və sanki onların bir-birlərinə “yapışmalarını” təmin edir. Buna görə də bu kiçik zərrəciklərə latınca "yapışdırıcı" mənasını verən "qlüon" deyilir. Bu yapışdırıcının qüvvəsi protonların və neytronların bir-birlərinə istənilən məsafədə olmalarını təmin etmək üçün xüsusi müəyyən edilmişdir.
Nüvə qüvvəsini anlamaq üçün atom bombasının təsirini düşünmək lazımdır. Bu bomba atom nüvəsinə bir zərrəcik (ümumiyyətlə neytron) atılması ilə nüvənin parçalanması nəticəsində əmələ gəlir. Nüvə parçalandıqda nüvədəki proton və neytronları bir yerdə tutan qüvvə ortaya çıxır. Qarşısına çıxan hər canlını "kül"ə döndərən və radioaktiv təsiri illərlə davam edən bənzərsiz güc əmələ gəlir. Bu, kiçik bir atomun içinə gizlənmiş, qarşısındakı insanları aciz və müdafiəsiz buraxanqüvvədir.
Elm adamları atom nüvəsindəki protonların bir-birini itələməməsini ancaq "güclü nüvə qüvvəsi" ilə izah edirlər. Nüvəyə təsir edən bu güclü qüvvə maddənin varlığını davam etdirməsi üçün ən uyğun dəyərə sahibdir.Əgər o, bir az daha güclü olsa idi, proton və neytronlar bir-birlərinin içinə keçərdilər, daha az olsa idi, bir-birlərindən ayrılıb uzaqlaşardılar. Bu halda isə canlı və ya cansız varlıqlardan, dünya, günəş və ya kainatdan, şübhəsiz ki, bəhs edilə bilməzdi.Beləliklə, Allah bənzərsiz və sonsuz gücü sayəsində atomun nüvəsində təbiət qanunlarından kənar bir yaradılışla "hər şey"in əmələ gəlməsini təmin etmişdir.