Aydakı ziddiyətlər

Ayın əmələ gəlməsi
Yerin peyki olan Ayın meydana gəlməsinə dair 4 nəzəriyyə var. İrəli sürülən ən sonuncu nəzəriyyəyə görə, Yer əmələ gəldiyi zaman digər kiçik planetlərdən birinin dünya ilə toqquşması nəticəsində dünyadan bir yığıntı xaricə atılmışdır. Bu qayalıq yığıntı dünya ətrafında orbitə düşüb birləşməyə və yavaş-yavaş öz içinə çökərək Ayı əmələ gətirməyə başlamışdır. Ay getdikcə soyumuşdur və indiki səthi də olduqca soyuqdur.

Ayın quruluşu və hərəkətləri

Ay yer kürəsinin yeganə təbii peykidir. Ayda oksigen, su və atmosfer yoxdur. Bununla yanaşı, Ayda gecə və gündüz arasında istilik fərqinin daha çox olduğuna görə həyat da yoxdur.

Ay adi gözlə görünür, amma işıq mənbəyi deyil. Yalnız günəşdən aldığı şüaları əks etdirir. Səthində dağlar, təpələr, düzənliklər, kraterlər var. Kraterlər ölçüləri dəyişən dairəvi formadadırlar. Ay torpağı kəhrəba rəngindədir və içində şüşə kürəciklər olur. Bunların meteoritlərın ay səthinə düşməsi ilə meydana gəldiyi barədə fərziyyələr irəli sürülür. Torpağının tərkibinə görə aparılan araşdırmalarda dəmir (fe), nikel (ni) kimi metallarla yanaşı, kalsium (ca) da aşkar edilmişdir.

Ayın Yerdən əmələ gəlməsinə baxmayaraq, fərqli quruluşa malik olması, Yerin əksinə soyuq və quru göy cismi olduğundan üzərində canlı həyatın olmaması Allahın yaratdığı möcüzəvi ziddiyətlərdən biridir.