Dnt və rnt-ni meydana gətirən
"sağ əlli amin turşuları"
Canlıları əmələ gətirən "sol əlli amin turşuları"
Bütün amin turşularının “gövdə”sini bir karbon atomuna birləşən hidrogen və azot atomu təşkil edir. Bu gövdə bütün amin turşularında eynidir. Ancaq bu gövdəyə əlavə olunan və "R qrupu" adlanan digər hissə var ki, bu qrup hər amin turşusunda müxtəlifdir. Amin turşusunu özünəməxsus edən də məhz bu hissədir. R qrup atomlar quruluş olaraq əsas gövdənin sağ və ya sol tərəfində olurlar. Bunlardan R qrup atomlardan sol tərəfdə olanlara L-levo (sol əlli) amin turşuları, sağ tərəfdə olanlara isə D-dekstro (sağ əlli) amin turşuları deyilir. Hər iki növün də əmələ gəlmə ehtimalı50%-dir. Eyni molekulun sağ əlli və sol əlli formalarına bir-birlərinin "optik izomerləri" deyilir. Optik izomerlər arasındakı fərq bir cisimlə o cismin güzgüdəki əksi arasındakı fərq kimidir. Eyni atomlardan, eyni hissələrdən bənzər nizamda meydana gəlmələrinə baxmayaraq, bu molekullar eynilə sağ əllə sol əl kimi üçölçülü simmetrik quruluşdadırlar. www.dntmocuzesi.com
Bu izomerlər cansız təbiətdə bərabər miqdarda (hər ikisi də 50% nisbətində) mövcuddur və insan bədənində olan 20 əsas amin turşusundan hər biri təbiətdə levo və ya dekstro formalarında olur.
Amma aparılan araşdırmalar nəticəsində ortaya çıxan həqiqət təəccübləndirir: Ən sadə orqanizmdən ən mürəkkəb orqanizmə qədər bütün bitki və heyvanlardakı zülallar yalnız levo amin turşularındanmeydana gəlmişdir. Hətta bəzi təcrübələrdə bakteriyalara dekstroamin turşularından verilmiş, ancaq bakteriyalar bu amin turşularını dərhal parçalamışlar. Bəzi hallarda isə onlardan özlərinin yenidən istifadə edə biləcəkləri levo amin turşuları hazırlamışlar.
Sizin də fərqində olduğunuz kimi, zülalların bu xüsusiyyəti təkamülçülərin daha da çıxılmaz hala salmışdır: Bir zülalın əmələ gəlməsi üçün əvvəl də izah etdiyimiz kimi, yalnız bunu əmələ gətirən amin turşularının müəyyən miqdarda, qüsursuz düzülüşdə olması və xüsusi üçölçülü dizayna uyğun birləşməsi kifayət deyil. Bundan başqa, bu amin turşularının hər biri sol əlli (levo) olanlar arasından seçilməli və aralarında bir dənə də olsa, sağ əlli amin turşusu olmamalıdır. Bu həqiqət təsadüf anlayışının doğru olmadığını bir daha göstərir.
Təkamülün müdafiə edildiyi Britaniya Ensiklopediyasında bu haqda belə yazılıb:
“Əslində, yer üzündə bütün canlı orqanizmlərdəki amin turşuları, zülallar kimi kompleks polimerlərin quruluşları eyni formadadır. Sanki tamamilə sol əllidirlər. Bu, bir növ milyon dəfə havaya atılan qəpiyin həmişə eyni üzü üstə düşməsinə bənzəyir. Molekulların necə sol əlli və ya sağ əlli olduğu elmə tam olaraq məlum deyil. Bu seçim sirli olaraq yerdəki həyatın mənşəyi ilə əlaqədardır”. (Fabbri Britannica Bilim Ansiklopedisi, cild 2, sayı 22, səh. 519.)
Dəmir pul milyon dəfə havaya atılıb, həmişə eyni üzü üstə düşürsə, bunu təsadüflə, yoxsa kiminsə havaya atılan pula şüurlu şəkildə müdaxilə etməsi ilə açıqlamaq daha məntiqlidir? Cavab bəllidir: şüurlu bir müdaxilə var. Ancaq təkamülçülər bu açıq həqiqətə baxmayaraq, sırf Allahın canlılar üzərindəki hakimiyyətini qəbul etmək istəmədikləri üçün təsadüfə inanırlar.
Amin turşularındakı sol əllilik prinsipinə bənzər bir vəziyyət nukleotidlər, yəni DNT və RNT-nin elementlərinə də aiddir. Məsələn, canlı orqanizmlərdəki bütün amin turşularının əksi olaraq bunlar yalnız sağ əlli olanlardan seçilirlər.
Belə xüsusi və şüurlu seçim haqqında hər hansı izah verilmir. Əgər canlılar aləmi təsadüflərlə yaranmışolsa idi, bu seçimin olmadığını göstərən kifayət qədər dəlil olardı. Hər iki növ amin turşusu təbiətdə bərabər miqdarda olur və hər iki qrupdan amin turşuları başqa biri ilə mükəmməlşəkildə birləşir. Elə isə bütün canlı orqanizmlərdəki zülalların yalnız sol əlliamin turşularından, DNT və RNT-nin elementlərinin isə yalnız sağ əlli amin turşularından əmələ gəlməsini necə izah etmək olar?
Bu, Allahın bənzərsiz və sonsuz gücünü göstərən dəlillərdən sadəcə biridir..