Erkək hamilə dəniz atları
Dəniz atları xarici görünüşləri və xüsusi dizaynları ilə diqqət çəkən canlılardır. Boyları 4-30 sm arasında dəyişən dəniz atları, adətən, sahil zolağında yosunların və digər bitkilərin arasında yaşayırlar. Bədənlərindəki qoruyucu sümükdən olan zireh bu heyvanları təhlükələrdən qoruyur. Zireh o qədər möhkəmdir ki, qurumuş ölü dəniz atını əllə qırmaq belə mümkün deyil.
Dəniz atının başı bədəninə düz bucaq altında birləşmişdir. Başqa heç bir balıqda buna bənzər xüsusiyyətə rast gəlmək mümkün deyil. Dəniz atları dik formada üzür, başlarını yuxarı və aşağı hərəkət etdirə bilirlər. Ancaq başlarını yan tərəfə çevirə bilmirlər. Bu xüsusiyyət digər canlılarda olsa, görmə problemi yaranardı. Ancaq dəniz atları xüsusi bədən quruluşları sayəsində belə bir problemlə qarşılaşmırlar. Dəniz atlarının gözləri bir-birindən asılı olmayan, hər tərəfə sərbəst şəkildə hərəkət edən və dönərək hər tərəfi rahatlıqla seyr edən şəkildə yaradılmışdır. Ona görə başlarını yana çevirməsələr də, ətraflarını rahatlıqla görə bilirlər. (www.imanheqiqetleri.com)
Bu canlıların ən heyrətamiz xüsusiyyəti isə erkəklərinin hamilə qalmasıdır. Erkək dəniz atı qarnının alt hissəsində zireh təbəqəsinin olmadığı yerdə yarığa bənzər dəlik olan geniş kisəyə malikdir. Cütləşmə zamanı dişi yumurtalarını birbaşa bu kisəyə yerləşdirir. Erkək isə burada olan bütün yumurtaları mayalandırır.
Yumurtalar 1,5 ay boyunca kisədə qalır. Erkək dəniz atı kisəsinin içindəki maye ilə yumurtalarını bəsləyir və kisəsinin daxili toxumasında olan incə damarlar vasitəsilə onları oksigenlə təmin edir. (A.Vincent, The Improbable Seahorse, National Geographic, oktyabr 1994)1 ya da 2 ay sonra dəniz atına oxşayan balalar kisədən çıxır. (David Juhasz, Creation (16:3) iyun-avqust 1994, səh. 39-40 )
Dəniz atları bir çox cəhətdən bənzərsiz xüsusiyyətlərə malikdirlər. Onlar Allahın sonsuz elmini və gücünügöstərən dəlillərdən sadəcə biridir.
Həqiqət çox açıqdır. Bütün canlılar aləmi çox mükəmməl qüsursuz dizaynın, üstün yaradılışın məhsuludur. Bu isə bir Yaradıcının varlığını, həm də sonsuz gücə, elmə və ağıla sahib Yaradıcının varlığını isbat edir. O Yaradıcı, "Ol!" əmri ilə hər şeyi yaradan, göylərin, yerin və ikisi arasında olan hər şeyin Rəbbi olan Allahdır.