Hərəkət edən daşlar
ABŞ-ın Kaliforniya və Nevada ştatının sərhədində olan “Ölüm vadisi” ( Death Valley) "hərəkət edən daşları" ilə uzun illər boyunca elm adamlarını diqqətini cəlb etmişdir. Günlərlə müşahidə edilən daşların yer dəyişdirməsi isə bağlı bir çox araşdırmalar aparılmasına baxmayaraq, bu, tam olaraq açıqlanmamışdır. Güman edilir ki, külək daşların qum üzərində sürüşmələrini təmin edir. Ancaq yüz kiloluq daşları hərəkətə gətirən qədər şiddətli küləklər müşahidə edilmir. Eyni nöqtədən hərəkət etməyə başlayan daşların fərqli istiqamətlərdə hərəkət etmələri çox təəccüb doğurur və elmtərəfindən açıqlanmır. Külək nəzəriyyəsinə qarşı çıxanlar "Külək eyni nöqtədən hərəkət etməyə başlayan iki daşı eyni istiqamətə sürüşdürür. Amma burada vəziyyət fərqlidir" deyirlər.