Qara günəş və Mavi günəş

Qara günəş

Danimarkada hər yaz günəşin batmasına təxminən yarım saat qalmış milyonlarla quş bir yerə toplaşaraq səmada qeyri-adi formalar meydana gətirərək uçurlar. Elm adamları Danimarkanın qərb bölgəsində mart ayından aprel ayının ortalarına qədər hər axşam günün batmasına yarım saat qalmış bir yerə toplaşan milyonlarla quşun niyə belə davrandığını tam olaraq açıqlaya bilmirlər.

Mavi günəş

Qahirə yaxınlığındakı piramidalara yerləşdirilmiş təhlükəsizlik kameraları tərəfindən 14 dekabr 2006-cı ildə saat 16:47-dən etibarən qəribə bir hadisə qeydə alındı. Günəş təxminən 15 dəqiqə ərzində mavi rəngə büründü. Görüntülər daha sonra bir qrup fizik tərəfindən araşdırıldı. “Mavi günəş hadisəsi” ilə əlaqədar hazırlanan hesabatda belə qeyd olunmuşdu: "Təhlükəsizlik kamerası tərəfindən qeyd edilən və ilk dəfə sənədləşdirilən “mavi günəş hadisəsi” bu günə qədər yalnız 5 dəfə baş vermişdir. Sonuncu dəfə 1950-ci ildə Şotlandiyanın Edinburq şəhərində baş verib”. Ancaq elm adamları hesabatlarında hadisəyə səbəb olan faktorlara yer vermədilər. Bu gün də davam edən araşdırmalarla əlaqədar bəzi elm adamları "mavi günəş hadisəsinin" havadakı çirkliliklə bağlı olduğunu iddia edirlər. Başqa bir qrup elm adamlarının fikrinə görə isə 1950-ci illərdə bu cür hava çirkliliyi olmamış və çirkilik olmadığına görə hadisənin hansı səbəbdənyaranması sual altında qalır.