Qırmızı rəngli yağışlar
25 iyul 2001-ci ildən 23 sentyabr 2001-ci ilə qədər Hindistanın Kerala bölgəsinə qımızı rəngli yağış yağmışdır. Bölgə xalqının ənənəvi ağ rəngli paltarları qan qırmızısına bənzəyən qırmızıya büründü. Hindistan hökuməti bu hadisəsini araşdırmağa başladı.Proqnozlaragörə, bu hadisəyə səbəb Hind okeanında yaranan mikroskopik qırmızı yosunlar olmuşdur. Ancaq 2006-cı ildə hadisə ilə əlaqədar araşdırmalarını davam etdirən Mahatma Qandi Universitetindən 2 elm adamı: Qodfrey Lui və Santoş Kumar dünyadan kənar cisimciklərin atmosferdə yaratdığı izotopik reaksiyaların bu yağışları qırmızı rəngə boyadığını dedikdən sonrahadisə yenidən gündəmə gəldi.