Su "normal" davransa idi, nə baş verərdi?

Su "normal" davransa idi, digər bütün mayelər kimi onun da istilik itkisindən sıxlığı artsa idi, yəni buz suyun dibinə batsa idi, nə baş verəcəkdi?

Belə olduqdasu sahələrində donma alt təbəqədən başlayacaqdı. Alt təbəqədən başlayan donma səthdə soyuğun qarşısını alan buz təbəqəsi olmadığı üçün yuxarıya doğru davam edəcəkdi. Bu halda dünyadakı göllərin, dənizlərin və okeanların böyük hissəsi nəhəng buz kütləsinə çevriləcəkdi. Dənizlərin səthində yalnız bir neçə metrlik su təbəqəsi qalacaq və havanın istiliyi artsa belə, dibdəki buz əsla əriməyəcəkdi. Belə bir yerdə isə canlı yaşaya bilməzdi. Dənizlərin ölü olduğu ekoloji sistemdə quru canlıları da mövcud ola bilməzdi. Qısası, əgər su "normal" davransa idi, Yer ölüplanetə çevriləcəkdi.

Suyun niyə "normal" davranmadığı, yəni 4°C-yə qədər sıxıldıqdan sonra niyə birdən-birə genişlənməyə başladığı isə heç kəsin cavablandıra bilmədiyi bir sualdır.

Sadaladığımız xüsusiyyətlər bu mayenin insan həyatı üçün xüsusi yaradıldığını göstərir. Heç bir planetdə bu cür su kütləsinin olmaması, bunun yalnız Yerdə olması əlbəttə ki, təsadüfi deyil. Bütün canlılar üçün böyük nemət olan suyu yaradan Allahdır. Allah “Vaqiə” surəsində belə buyurur:

Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)