Yanan göy qurşağı

Dünyanın hər yerində müəyyən vaxtlarda göy qurşağı meydana gəlir. Amma ABŞ-ın Aydaho ştatında (Vaşinqtonun sərhədində) yaranan göy qurşaqları fərqlidir. Görənləri həm çaşdırır, həm də ovsunlayır. Çünki bu göy qurşaqları bildiyimiz göy qurşaqlarından çox fərqlidir. Dağılmış kimi görünən və alovu xatırladan göy qurşağını araşdıran elm adamları bu hadisəni belə açıqlayırlar: Günəş üfüqdən 58 dərəcə yüksəkdə olduqda sirus növlü buludlar əmələgəlir və bu buludlar heksaqonal (altıbucaqlı) su kristallarından əmələgəldikdən sonra günəş şüaları bu buludlardan keçərək göy qurşağının rənglərini meydana gətirir. Bu fotoşəkil 03 iyun 2006-cı ildə çəkilmişdir.